Atəş altında həyat: pulsuz çörək, dağıntı və yas – şəkillərdə

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında alovlanan hərbi naqişə davam etməkdədir. Oktyabrın 10-da müvəqqəti atəşkəs rejimi qüvvəyə minib. Lakin bölgədə hələ də atəş səsləri eşidilir, tərəflər bir-birlərini mülki hədəfləri vurmaqda ittiham edirlər. BBC News Azərbaycanca qarşıdurma şəraitində yaşayan dinc əhalinin həyatına nəzər salıb.

Ağlayan qadınlar
Gəncə şəhərinə raket zərbəsindən sonra yas tutan qadınlar. Oktyabrın 11-də Gəncə şəhərinə atılan raketlərdən biri çoxmənzilli yaşayış evinə düşüb, 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Ağlayan kişi
Zahid Əliyev Gəncəyə həmlə nəticəsində ölən 28 yaşlı qızı, Günayın qəbri üstündə. Onun qızı eyni hücumda həyatını itirən əri və qayınanasının yanında dəfn olunub

Yerevanın qaçqın mərkəzində Şura Qriqoryan və Vera
Dağlıq Qarabağ uğrunda davam edən hərbi münaqişə ilə bağlı 73 yaşlı Şura Qriqoryan və onun 66 yaşlı xanımı Vera Xankəndini (Stepanakerti) tərk edərək Yerevana gəliblər. Onlar qaçqınlara dəstək mərkəzində qalırlar

Yerevandakı qaçqın mərkəzində iki qadın
Xankəndini tərk edərək Yerevandakı qaçqınlar mərkəzinə gələnlər arasında 85 yaşlı Roza Araqelyan da var

Qəbir üstünə gələn qadın
Xankəndi sakini silahlı qarşıdurmada ölən şəxsin məzarına baş çəkir

Qadın
Xankəndində məzarlığa gələn bu qadının şəkli 12 oktyabrda şəkilib

Xankəndində dağıdılmış evinin qarşısında duran kişi
Sabiq polis əməkdaşı, 73 yaşlı Genadi Avanesyan Xankəndi şəhərindəki evinin dağıntıları altında əşyaları axtarır

Çörəkçi
Əsgəran qəsəbəsində çörək sexininin işçisi. Burada hazırlanan çörək dəstək əlaməti olaraq, hərbçilərə və yerli sakinlərə pulsuz paylanılır.

Zirzəmidə iki qadın
Tərtərdə mərmilərdən qorunan yerli sakinlər atəş vaxtı zirzəmilərə üz tutur

Qadınlar
Tərtər atəş vaxtı zirzəmiyə sığınan qadınlar

Dua edən keşiş
63 yaşlı keşiş Arthur Sahakyan, Şuşa şəhərində, bomba ilə vurulmuş Qazançetsots (Müqəddəs Xilaskar) kilsənin daxilində dua edir.

Qarabağ sakini
Əsgərandakı zirzəmi qarşısında duran Tamara “onsuz da iki müharibədə” iştirak etdiyini və “yenidən döyüşməyə” hazır olduğunu deyir.

Göyə baxan Qarabağ sakini
Dağlıq Qarabağdakı Qırmızı Bazar (Karmir Şuka) kəndinin sakini, zirzəminin girişində duraraq, göydə pilotsuz təyyarələrin olub-olmamasını yoxlayır.

Paltar asan qadın
Davam edən döyüşlərə görə Tərtəri tərk edən 80 yaşlı qaçqın Fatma Süleymanova, Bərdədəki orta məktəbin həyətində təzəcə yuyulmuş paltarları asır

Feldşer
Xankəndi yaxınlığındakı xəstəxananın girişində yaralı əsgərlərin qanlı paltarları yanında duran feldşer

Dağıdılmış evin qarşısından ekçən kişilər
Azərbaycan Ağdam rayonunun Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.

Feldşer
Xankəndi yaxınlığındakı xəstəxananın girişində yaralı əsgərlərin qanlı paltarları yanında duran feldşer

Sığınacaqda qalan kişi
Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinin qəbiristanlığına hücumu nəticəsində yaralanan mülki şəxslərin sayı 5-ə çatıb, 3 mülki şəxs həlak olub, Oktyabrın 15-də Azərbaycanın yaydığı rəsmi məlumatda deyilir. Atəş vaxtı zirzəmiyə sığınan yerli sakinin bu görüntüsü 14 oktyabrda çəkilib

Məzarlıq
Azərbaycanın Baş Prokurorluğu bildirir ki, bu gün saat 13 radələrində Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən ərazi “qəsdən ağır artilleriyadan intensiv atəşə tutulub”

Qadın
Tərtər sakini hücumdan sonra mərmiylə zədələnmiş evinin tavanını göstərir

Evin pəncərəsindən görüntü
Tərtər rayonu 13 oktyabr. Mərmi hücumundan zərər dəymiş evin görüntüsü