Amnesty International Gəncəyə raket zərbələrini pisləyir

Amnesty International Gəncəyə raket zərbələrini pisləyir
22 Oktyabr 2020
Mətni dəyiş

Ermənistan və Azərbaycan sıx məskunlaşmış mülki rayonlarda böyük sahələrdə hədəfləri məhv edə bilən güclü partlayıcı döyüş sursatlarından istifadəyə dərhal son qoymalıdır, bu barədə Amnesty International bildirib.

Amnesty International-ın böhrana reaksiya qrupunun ekspertləri mövcud məlumatları tədqiq ediblər. Bu məlumatlar ballistik raketlərdən və qeyri-dəqiq reaktiv yaylım atəşi sistemlərindən qəstən istifadə edildiyini sübut edir, bu da son günlərdə mülki əhali arasında ölənlərin və yaralananların olmasına, genişmiqyaslı ziyan dəyməsinə gətirib çıxarıb. Bu, beynəlxalq humanitar hüququn pozuntusudur.

Xüsusən, son günlər Ermənistan tərəfdən dəfələrlə artilleriya atəşinə məruz qalan Azərbaycanın Gəncə şəhərində, habelə Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ regionunda mülki əhali arasında qurbanlar və mülki binalara dəyən ciddi ziyan sənədləşdirilib.

“Yaşayış məntəqələrində ballistik raketlərdən və böyük dagıdıcı qüvvəsi olan döyüş sursatlarından istifadə edilməsi müharibə qanunlarına  etinasızlığı göstərir, deyə Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor səlahiyyətlərini icra edən Denis Krivoşeev bildirib. – Dinc sakinlər həlak olmağa, yaralanmağa davam edir, evlərindən məhrum olur. Ünvansız atəşlər nəticəsində insanlar  məhv olur, evlər xarabaxanaya çevrilir”.

“Foto və videodəlillər bu silahın vura biləcəyi ziyanın miqyasını göstərir. Bəzi məlumatlara görə, xəstəxana və məktəblər dağılıb, yollar, rabitə şəbəkələri kimi həyati əhəmiyyətə malik başqa bir mülki infrastrukturlara ziyan dəyib”, deyə o bildirib.

“Biz bir daha bütün münaqişə tərəflərini ilk növbədə mülki əhalinin müdafiəsinə diqqət yetirməyə və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq. Yaşayış məntəqələrində bu silah növlərindən və sistemlərindən istifadəyə dərhal son qoyulmalıdır”, deyə Krivoşeev qeyd edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun