Əbdullah Səduqi Təbriz həbsxanasına köçürülüb

Əbdullah Səduqi Təbriz həbsxanasına köçürülüb
24 Oktyabr 2020
Mətni dəyiş

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin bildirdiyinə görə, milli fəal və yazar Əbdullah (Güntay) Səduqi bir ay təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Səduqinin həbsinin səbəbi və fəala qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat verilməyib. Milli fəalın təhlükəsiz qüvvələrinin nəzarətində olduğu müddət ərzində ailəsi ilə görüşməsinə və zəng etməsinə izin verilməyib.

Əbdullah Səduqi sentyabrın 23-də gündüz saatlarında Təbrizdə 15 nəfərdən çox təhlükəsizlik qüvvələrinin evinə hücumu zamanı həbs edilmişdi.

O, daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək təzyiqlərə məruz qalmışdır.

Səduqi ilk dəfə 2010 ilində Traktor komandasının türkcə afişasını yayımladığı üçün həbs edilmişdi. O, 52 gün nəzarətdə saxlanıldıqdan sonra 21 gün aclıq aksiyası keçirdikdən sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Səduqinin aclıq aksiyası zamanı Amnesty International onun barəsində xüsusi bəyanat yayıb. O, daha sonra 2011-ci ildə Urmiyə gölünün qurumasına etiraz olaraq qurulan aksiyalar zamanı 28 digər milli fəalla birgə saxlanılıb və iki il həbs cəzasına məhkum edildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun