Lukaşenko Minskdə minlərlə insanın iştirakı ilə hərbi parad keçirib [Fotolar]

Lukaşenko Minskdə minlərlə insanın iştirakı ilə hərbi parad keçirib [Fotolar]
9 May 2020
Mətni dəyiş

Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı 5000 hərbçinin iştirakı ilə parad keçirib.

Lukaşenko tədbirdə deyib ki, İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş tədbir keçirilməlidir. Prezidentin sözlərinə görə parad keçirilməlidir ki, insanlar "bizim koronavirus pandemiyasından qorxduğumuzu düşünməsinlər".

Paradda yüzlərlə belarus və müharibə veteranları da iştirak ediblər. Pasxa bayramı ilə bağlı keçirilən tədbirlərdən sonra koronavirusa yoluxanların sayının artmasına baxmayaraq Lukaşenko və tribunada duran yüksək vəzifəli şəxslər maska taxmayıblar.

Belarus prezidenti bundan əvvəl koronavirusun 'kütləvi psixoz' olduğunu iddia edərək ölkədə karantin rejiminin tətbiq olunmayacağını bildirmişdi.

SSRİ-nin varisi Rusiyada isə koronavirus yoluxanları sayının sürətlə artmasına görə prezident Putin Qələbə Günü ilə bağlı Qırmızı Meydanda keçiriləcək hərbi paradı təxirə saldı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun