Gürcüstanda ali təhsil almaq istəyən azərbaycanlıların sayı azalıb

Gürcüstanda ali təhsil almaq istəyən azərbaycanlıların sayı azalıb
2 Mart 2020
Mətni dəyiş
2019-2020-ci tədris ilində Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1 344 nəfər təşkil edir. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Həmin tələbələrin 344-ü dövlət, 1000-i isə özəl universitetlərin payına düşür. 2018-2019-cu tədris ili ilə müqayisədə qonşu ölkənin ali tədris ocaqlarında təhsil alan Azərbaycan vətəndaşlarının sayı 780 nəfər azalıb. Hesabata əsasən, cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur. Hazırkı tədris ilində qonşu ölkənin universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı illik müqayisədə 8,9% artaraq 13,3 min nəfərə bərabər olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun