Saakaşvili peşman olub: "Xalq məndən yorulmuşdu"

Saakaşvili peşman olub: "Xalq məndən yorulmuşdu"
2 Dekabr 2019
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk etməyinə görə peşmançılıq keçirdiyini deyib.

Bu haqda eks-prezident "Mtavari Arkhi" (Birinci kanal) telekanalına müsahibəsi zamanı bildirib.

Saakaşvili Gürcüstandan qorxduğuna görə getmədiyini deyib. O bildirib ki, belə olsaydı Ukraynaya da təzədən qayıtmazdı, çünki orda da onu həbs gözləyirdi. Onun sözlərinə görə, ölkəsini qoyub getmək ən pis yoldur.

"Mən ona görə getdimki, yorulmuşdum və xalq məndən yorulmuşdu. Sadəcə hamının bir az dincəlməyini istədim. İndi isə düşünürəm ki, səhv etmişəm", - deyə Saakaşvili bildirib.

Mixeil Saakaşvili 2005-cu ildən 2013-cü ilə qədər Gürcüstanın prezidenti olub. Onun partiyası seçkilərdə məğlub olduqdan sonra ölkəni tərk edərək Ukraynaya gedib. Gürcüstanda ona qarşı vəzifə səlahiyyətlərini aşma və siyasi rəqiblərini təqib etmə maadələri ilə cinayət işi qaldırlıb.

Saakaşvili 2015-ci ildə Ukrayna pasportu alaraq Odessa vilayətinin qubernatoru olub. 2016-cı ilin noyabr ayında Ukraynanın o dövrkü prezidenti Pyotr Poroshenko onu vəzifədən qovub. Bundan sonra Saakaşvili müxalifətə keçdi və onun Ukrayna vətəndaşlığı əlindən alınıb. Bundan əlavə onun əlindən gürcü vətəndaşlığı da alınıb.

Saakaşvili 2017-ci ildən bəri Niderlandda yaşayır. Ukraynanın yeni prezidenti Zelenski hakimiyyətə gəldikdən sonra onun Ukrayna pasportunu özünə qaytarıb. Bu ilin sentyabr ayından başlayaraq Saakaşvili tez-tez yaxın aylarda Gürcüstana qayıtmaq planından bəhs etməyə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun