İngiltərədə seçki kampaniyası başlayıb: Korbin 'elitanı' hədəf seçib

İngiltərədə seçki kampaniyası başlayıb: Korbin 'elitanı' hədəf seçib
1 Noyabr 2019
Mətni dəyiş

İngiltərədə hökumət parlamentin Avropa İttifaqından ayrılma (Breksit) məsələsində bir qərara gələ bilmədiyinə görə erkən seçkiyə getmək istədiyini açıqladı. Təklif parlamentdə səs qoyulub və ana müxalifət İşçi Partiyasının da dəstəyi ilə 12 dekabrda seçkiyə getmək qərarı verilib.  

İngiltərədə ana müxalifətdəki İşçi Partiyasının lideri Ceremi Korbin seçki kampaniyasının ilk günündə partiya üzvləri qarşısında çıxış edib.

Müxalifət lideri açıqlamasında deyib ki, "elitaya" qarşı çıxacaq, korrupsiyalaşmış sistemi yıxacaq.

Korbin bildirib ki, ölkənin hər bir yerinə dəyişiklik gətirəcək. Müxalifət lideri çıxışında vergi qaçaqçıları, fırıldaqçı rəhbərlər, ətraf mühitə zərər verən şirkətlər və milyarder media maqnatlarını hədəf alıb.

"Korrupsiyalaşmış sistemi məhv edə bilərik"

"Elitləri nə qorxudur bilirsiz? Əsil qorxuları vergiləri ödəməkdir. Dolayısıyla bu seçkidə hər zamankından daha çox və daha çirkli yollarla mübarizə aparacaqlar. Üstümə hər şey atacaqlar, çünki onlara qarşı getməkdən qorxmadığımızı bilirlər".

Korbin çıxışında hiyləgər sistemi dəstəkləmək üçün propaqanda aparan Rupert Mudrokun media imperiyasını tənqid edib.

Onun sözlərinə görə, seçkini qazandıqları halda İşçi Partiyası hökuməti bu kimi adamların deyil, xalqın yanında olacaq.

"Hamımız bir yerdə korrupsiyalaşmış sistemi məhv edə və hər kəsin nəzərə alan daha ədalətli bir ölkə qura bilərik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun