Həkim: “Oqtay Gülalıyev ikinci dərəcəli koma vəziyyətindədir”

Həkim: “Oqtay Gülalıyev ikinci dərəcəli koma vəziyyətindədir”
4 Noyabr 2019
Mətni dəyiş

"Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir, pisləşmə yoxdur".

Bu barədə həkim-cərrah Adil Qeybulla açıqlama yayıb.

Adil Qeybulla bildirib ki, noyabrın 3-də axşam saatlarında Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxlayıb.

"Arif Xasayev bildirdi ki, vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir".

A.Qeybullanın sözlərinə görə, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır:

"Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram". Xatırlatma

Oktay Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində, 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə yolu keçərkən vurulub.

Sürücü hadisədən dərhal sonra hüquq müdafiəçisini 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb, xəstəxanada ağır kəllə-beyin travması diaqnozu qoyulub və oktyabrın 30-da Oktay Gülalıyevin beynində bir neçə saatlıq əməliyyat keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun