Babacan: 'Türkiyə qaranlıq bir tunelə girib, azadlıqlar və iqtisadiyyat problemlər içindədir'

Babacan: 'Türkiyə qaranlıq bir tunelə girib, azadlıqlar və iqtisadiyyat problemlər içindədir'
27 Noyabr 2019
Mətni dəyiş

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından istefa etdikdən sonra ilk dəfə televisiyada bir verilişə çıxan keçmiş nazir və deputat Ali Babacan Türkiyənin indiki vəziyyətini şərh edib.

Yeni partiya yaratdığını bildirən A.Babacan Habertürk kanalında qonaq olub. O deyib ki, Türkiyə prezident üsuli-idarəsinə keçdikdən az sonra ölkə iqtisadi böhrana girib və hələ də çıxmayıb.

"Ölkə qaranlıq bir tunelə girib. Türkiyənin içində olduğu vəziyyətə görə özümü böyük bir günaha batmış kimi hiss edirəm" - deyə keçmiş nazir bildirib.

Babaxan deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun AKP-dən istefasını istəmədiyini ancaq ölkənin düşdüyü böhranlı vəziyyətdən çıxması üçün 2013-cü ildən 2019-cu ilə qədər çalışsa da uğur qazana bilməyib, buna görə də partiyadan istefa verib.

Babacan Ərdoğanın prezidentlik üsuli-idarəsini gətirərkən göstərdiyi bir çox arqumentin əslində sonradan yalan çıxdığını bildirib.

"Mən daha bunlara güvənmirəm. Ölkə qaranlıq bir tunelə girib. Böyük iqtisadi böhranlarla üz-üzəyik. Ancaq hələ də prezidentlik sistemini sınaqdan keçirirlər".

Ali Babacan həmçinin keçmiş prezident Abdullah Gülün də yaradacaqları partiyaları ilə mütəmadi əlaqədə olduğunu və onlara dəstək verdiyini dilə gətirib.

Ali Babacan bundan öncə 2019-cu ilin sonlarına qədər yeni partiya yaradacaqlarını demişdi, ancaq o partiyanın adının hələlik bəlli olmadığını bildirib.

Babacan əsas məqsədlərinin ölkəni ümüdsüz vəziyyətdən çıxarmaq və demokratiyanı bərpa etmək olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun