Alman protestant kilsəsində 770 nəfərin cinsi zorakılıqla üzləşdiyi ortaya çıxıb

Alman protestant kilsəsində 770 nəfərin cinsi zorakılıqla üzləşdiyi ortaya çıxıb
13 Noyabr 2019
Mətni dəyiş
Almaniya katolik kilsəsində 2010-cu ildən bəri başlamış cinsi zorakılıq qalmaqallarından sonra bənzər şübhələr protestant kilsəsində də ortaya çıxıb. Belə ki, protestant kilsəsinin öz daxili təhqiqatlarının nəticələrini açıqlayıb. Alman protestant kilsəsinin Drezdendəki illik toplantısında çıxış edən keşiş Kristen Fehrs ölkə boyu aparılan araşdırmalardan sonra protestant kilsəsi daxilində 770 nəfərə qədər cinsi zorakılıq qurbanı ortaya çıxıb. Fehrs qurbanlarının çoxunun kilsələrin himayəsində saxlanılan uşaqlar olduğunu deyib. Keşiş cinsi zorakılıqların qarşısının alınması və günahkarlarının cəzalandırılması məqsədiylə gələn ildən 1,3 milyon avroluq büdcənin 1 milyon avro artırılacağını bildirib. Kilsə həmçinin qurbanların da müdafiədə iştirak edə biləcəyi bir məsləhət şurası qurmağı hədəfləyir. Kilsələrdə cinsi zorakılıqların qurbanlarının nümayəndəsi Kerstin Klaus isə kiləsnin gördüyü tədbirləri kifayət hesab etmir. Klaus Almaniya protestant kilsəsinin cinsi zorakılıqla mübarizə məsələsində uzun müddət tərəddüt etdiyini və çox gecikdiyini bildirib. Kilsələrin qurbanların ehtiyaclarını ödəməsi gərəkdiyini deyən Klaus qurbanlara təzminat verilməsini də tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun