Alimlərə görə konspirologiyaya inananların ortaq xüsusiyyətləri: “Kişi, subay və aşağı təhsilli”

ABŞ və İngiltərədə son dövrlər aparılan araşdırmalarla insanların özünü pis ya da yaxşı hiss etməsilə konspiroloji nəzəriyyələrə və fövqəltəbii qüvvələrə inancı arasında bir bağ olduğu ortaya çıxıb.

ABŞ-da çıxan “Journal of Experimental Social Psychology” (Təcrübəvi Sosial Psixologiya) dərgisində yayımlanan araşdırmada göstərilir ki, insanların dostları ilə münasibətlləri pozulanda ya da evililikləri, sevgi münasibətləri sona çatanda özlərini yalnız hiss etməyə başlamaqları ilə konspiroloji nəzəriyyələrə və batil inanclara inanmaqları arasında bir bağ var.

Araşdırmada iştirak edənlərə sual verilib ki, sevdikləri insanla münasibətləri pozulanda özlərini necə hiss etdiklərini, həyatın mənasının necə dəyişdiyini danışsın. Daha sonra bu insanlardan özlərini nə qədər təcrid olunuş, nə qədər yalnız hiss etdiklərini danışmaq təklif olunur.

Belə insanlara dərman şirkətlərinin bir çox xəstəliyin müalicəsini gizli saxladığı və bəzi ölkələrin xalqlarını nəzarətdə saxlamaq üçün şüuraltı mesajlardan (sublimativ mesajlar) istifadə etdiyi haqda konspiroloji nəzəriyyələrə nə dərəcədə inandıqlarını soruşublar.

İştirakçılardan soruşulan başqa bir sual isə Atlantik Okeanınında yerləşən və şeytan üçbucağı adlandırılan Bermud adalarında ortaya çıxmış paronormal hadisələrlə bağlı iddialara nə qədər inandıqlarını desinlər.

Araşdırmada iştirak edənlərin verdiyi cavablar təhlil olunduqdan sonra ortaya çıxıb ki, insanlar özlərini nə qədər çox yalnız hiss etsələr həm konspiroloji nəzəriyyələrə, həm də fövqəltəbii qüvvələrə inancları o dərəcədə yüksəlir.

İngiltərədəki “Angila Runskin Universitetində” Viren Swami adlı alimin 2016-cı ildə apardığı bir araşdırmaya görə isə stresslə fövqəltəbii qüvvələrə inam arasında bir bağ mövcuddur.

Araşdırmada işirak edən 20-78 yaş arası 400 nəfər 1969-cu ildə kosmonavtların aya uçmadığı və bu haqda xəbərin saxta olduğu haqda iddiaya inanıb inanmadıqları soruşulub.

Bundan əlavə iştirakçılara ABŞ-da zəncilərin hüquqlarını müdafiə etmiş Martin Luther Kingin ABŞ dövləti tərəfindən öldürülməsi iddiaları haqda da soruşurlar.

Məlum olub ki, həyatının son altı ayında çox stressli bir hadisə ilə üzləşmiş iştirakçıların konspiroloji iddialara inanma meylliliyi daha yüksəkdir. Beləliklə alim stress səviyyəsi artdıqca konspiroloji nəzəriyyələrə inamın arta biləcəyini sübut edib.

Swami deyir ki, “Stressli vəziyyətlərdə insanların analitik düşünmə qabiliyyəti korlaşır. Stresli həyatı olan insanlar, mövcud olmayan qəliblər və qayda-qanunlarla idarə olunan bir həyatın varlığına inanmağa başlayır.”

Araşdırmalar nəticəsində toplanan məlumatlar analiz edilərkən hər şeyin arxasında konspiroloji nəzəriyyələr axtaran insanların psixloloji portreti hazırlanıb.

Bu adamların ən mühüm ortaq xüsusiyyətləri kişi, subay, az maaşlı və təhsil səviyyəsinin aşağı olması, etnik azlıqlara aid olması, psixoloji vəziyyətinin çox da yaxşı olmaması və həyatının müəyyən dövründə intiharla bağlı düşünmüş olmasıdır.