Ərdoğan İŞİD liderinin arvadı və bacısının türklər tərəfindən ələ keçirildiyini bəyan edib

Ərdoğan İŞİD liderinin arvadı və bacısının türklər tərəfindən ələ keçirildiyini bəyan edib
6 Noyabr 2019
Mətni dəyiş
Türkiyə prezidenti Ərdoğan bu gün Ankarada bir mərasimdə çıxışı zamanı ABŞ-ın keçirdiyi hərbi əməliyyatla öldürülmüş İŞİD-in keçiş lideri Əbubəkr Əl-Bağdadinin arvadı, bacısı və yeznəsinin ələ keçirildiyini deyib.  "ABŞ Bağdadini bir tuneldə tələyə salıb məhv etdi. İlk dəfə olaraq açıqlayıram, biz də Bağdadinin xanımını həbs etdik, amma görürsünüz ki, bu mövzunu şişirtmirik. Hal-hazırda bu sahədə fəaliyyətimizi ən güclü şəkildə davam etdiririk". - deyə Ərdoğan bildirib. Xatırladaq ki, dünən dünya xəbər agetlikləri Suriyanın Azez şəhərində keçirilən əməliyyatda əl-Bağdadinin bacısı Rəsmiyə Avadın ələ keçirildiyini elan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun