Atəşkəs dövründə erməni ordusu 5646 hərbçisini itirib

Atəşkəs dövründə erməni ordusu 5646 hərbçisini itirib
18 Oktyabr 2019
Mətni dəyiş
Bu gün səhər Ermənistan baş naziri Nikol Paşinyan atəşəks dövründə ölən erməni hərbçilərinin dul arvadlarını və analarını qəbul edib. Baş nazir həyatını itirmiş hərbçilərin yaxınlarına deyib ki, onların təkliflərini eşitmək və öz təkliflərini etmək istəyir. O həlak olmuş hərbçilərin ailələrinə verilən kompensasiyadan danışıb və deyib ki, indi hətta 19 il əvvəl həyatını itirmiş hərbçilərin də ailələrinə kompensasiya veriləcək. Qeyd edək ki, 1994-cü ilin mayında imzalanmış Bişkek protokolundan keçən 25 ildən artıq müddətdə erməni ordusu 5646 hərbçisini itirib. [caption id="attachment_82888" align="aligncenter" width="810"] Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs dövründə həyatını itirmiş hərbçilərin yaxınları ilə görüşdə.[/caption] Həlak olanların yaxınları son aylarda Yerevanda etiraz aksiyaları keçirərək, yeni qanuna əsasən, ölənlərin ailə üzvlərinə ödənilən 60 min dollar kompensasiyanın onlara da şamil edilməsini tələb ediblər. “Zinvor” təşkilatının sədri olan Marqariya Xaçatryan dövləti ayrı-seçkilikdə təqsirləndirib və 2008-ci il 1 mart hadisələri zamanı ölən 10 nəfərin ailəsinə daha böyük məbləğdə pul ayrılmasını pisləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun