Ərdoğan twitterdə statusuna tənqidi şərh yazan istifadəçidən prokurorluğa şikayət edib

Ərdoğan twitterdə statusuna tənqidi şərh yazan istifadəçidən prokurorluğa şikayət edib
4 Oktyabr 2019
Mətni dəyiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter-də onun statusuna şərh yazan Atilla Kıyat adlı istifadəçidən prokurorluğa şikayət edib.

Erdoğanın vəkili Hüseyin Aydın deyib ki, Ərdoğan oktyabrın 1-də Baş Prokurorluğa Atilla Kıyat adlı şübhəlidən şikayət edib.

Ərdoğan onun paylaşımına şərh yazmış istifadəçinin onu çevriliş etmiş general Kenan Evrenə bənzətməsindən narahat olub.

Atilla Kıyat Ərdoğana şərhində belə yazıb: "Seçkidə parlamentə düşmək üçün minimal səs barierini 10 faizə salan Kənan Evrənlə bu gün seçkidə minimal səs faizini 40 faizə salmağa çalışan Ərdoğanın heç bir fərqi yoxdur. Gələcəkləri də bənzəyə bilər".

Vəkilinin sözlərinə görə, Ərdoğan ona yazılan şərhdə özünə qarşı təhdid hiss edib və Türkiyə Cumhuriyyəti Qanununun 106-cı maddəsinə əsasən prokurorluğa şikayət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun