Putin: 'Koçaryan Zaqafqaziyanın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib'

Putin: 'Koçaryan Zaqafqaziyanın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib'
1 Sentyabr 2019
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan eks-prezidenti Robert Koçaryana 65 illiyi ilə əlaqədar təbrik məktubu göndərib.

Məktubun mətni Rusiya prezidentinin saytında yayımlanıb. Məktubda deyilir ki, "65 illiyinizlə əlaqədar səmimi təbriklərimi qəbul edin".

Putin məktubunda qeyd edib ki, Koçaryan çoxillik dövlət fəaliyyəti ilə xaricdə də həmvətənləri arasında da böyük hörmət qazanıb, müasir Ermənistanın inkişafına, Zaqafqaziyada təhlükəsizliyi və sabitliyinin təmin edilməsinə mühüm töhfə verib.

"Sizi dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi üçün çox şey etmiş Rusiyanın gerçək dostu kimi tanıyırıq.

Hörmətli Robert Sedrakoviç, Sizə möhkəm can sağlığı, mənəvi güc və mətanət arzu edirik".

Xatırladaq ki, Koçaryan Ermənistanda konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun