Dünya bazarındakı neft qiymətlərinin gələn həftədən sabitləşəcəyi gözlənilir

Dünya bazarındakı neft qiymətlərinin gələn həftədən sabitləşəcəyi gözlənilir
23 Sentyabr 2019
Mətni dəyiş

Səudiyyə Ərəbistanı dron hücumlarından sonra yaxın zamanda neft emalını davam etdirməyi planlaşdırır.

Bu haqda "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə Səudiyyə Ərəbistanı gələn həftədən neft emalını bərpa etməyə qərar verib. Buna görə beynəlxalq bazarda neftin qiyməti gələn həftədən sabitləşəcəyi gözlənilir.

"The Wall Street Journal" dərgisi isə dünya neft bazarının Səudiyyədəki neft zavodlarının bərpa olunmaması halında böyük risk altında qaldığını yazıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" şirkətinin iki neft zavoduna sentyabrın 14-də olan dron hücumlarının məsuliyyətini Yəməndəki husilər hərakatı öz üzərinə götürmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun