Yaponiyada hazırlanan yeni uçan maşının təqdimatı keçirilib [video]

Yaponiyada hazırlanan yeni uçan maşının təqdimatı keçirilib [video]
7 Avqust 2019
Mətni dəyiş

Yaponiyanın NEC elektronika şirkəti 'Cartivator' adlı startup-la birgə hazırladığı yeni uçan elektrikli maşınını ictimaiyyətə təqdim edib.

Məlumata görə, maşına dron texnologiyasının bənzəri olaraq dörd ədəd pərvanə qoşulub.

Təqdimat mərasimində maşının yerdən üç metrə qədər yüksəkliyə qalxdığı görünüb. Elektriklə işləyən maşının avtonom rejimdə də uçmaq cəhəti olduğu qeyd edilib.

NEC şirkətinin baş direktoru Norihiko İshiguro deyib ki, bu cürə maşınların istifadəsi gələcəkdə çox yayılacaq: "NEC şirkəti olaraq istəyirik ki, uçan maşınlarla nəqliyyatda inqilab edək".

Yapon höküməti də uçan maşınlarla bağlı yaradılan texnologiyanı inkişaf etdirmək üçün dəstək verir. Bunun üçün 2011-ci ildə sunami, zəlzələ və nüvə fəlakətindən sarsılmış Fukusima şəhərində böyük bir ərazidə uçan maşınlar üçün sınaq meydançası yaradılıb.

[embed]https://www.youtube.com/watch?v=Fz3etd2ZRMw[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun