Uzun mübarizədən sonra İranda Azərbaycan dilinin tədrisinə icazə verilib

Uzun mübarizədən sonra İranda Azərbaycan dilinin tədrisinə icazə verilib
26 Avqust 2019
Mətni dəyiş

İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə sentyabrdan Azərbaycan dilinin tədrisinə başlanacaq.

Bu barədə Şərqi Azərbaycan Təhsil İdarəsinin müdiri Cəfər Paşayi 'Amerikanın Səsi' radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan-türk dili üzrə dərslər həftədə iki dəfə - tədris ili ərzində ümumilikdə 60 saat veriləcək. Türk dilinin tədrisi təhsil naziri Məhəmməd Bohtainin sərəncamına əsasən tətbiq edilir.

Sənədə əsasən, ana dili ibtidai məktəbin 4-cü sinfində və orta məktəbin 9-cu sinfində tədris ediləcək.

Təlimin məzmunu və saatları hər vilayətdəki məktəblər tərəfindən müəyyən ediləcək.

Ana dilində təhsil İran prezidenti Həsən Ruhaninin seçki şüarlarından biri idi.

İranda azərbaycanlıların sayı müxtəlif məlumatlara görə 30-40 mln. nəfərdir. Amma buna baxmayaraq onların milli-mədəni hüquqları məhdudlaşdırılıb.

Uzun illərdir İran Azərbaycanında yaşayan insanlar öz dillərində təhsil almaq üçün mübarizə aparırlar. Yerli fəalların bildirdiyinə görə, bu məsələ ilə bağlı dəfələrlə vətəndaşlar həbslərlə, repressiyalarla üzləşiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun