Tramp Venesuelaya tam iqtisadi embarqo tətbiq edib

Tramp Venesuelaya tam iqtisadi embarqo tətbiq edib
6 Avqust 2019
Mətni dəyiş

ABŞ öz ərazisində Venesuela hökümətinə məxsus aktivləri dondurub və onlarla bağlı bütün növ iqtisadi əməliyyatları qadağan edib.

ABŞ rəsmiləri bəyan ediblər ki, Nikolas Maduro başçılığı ilə Venesuela hökümətinə sanksiyaları daha da sərtləşdirib.

ABŞ prezidenti Donald Tramp avqustun 5-də bu ölkəyə tam iqtisadi embarqolar paketi imzalayıb.

Ağ Evin mətbuat katibliyi bəyan edib ki, artıq Venesuelanın ABŞ ərazisində olan bütün aktivləri dondurulub və həmin aktivlərlə bağlı istənilən iqtisadi əməliyyat qadağan olunub.

Hökumət rəsmisinin sözlərinə görə, qadağalar yalnız humanitar yardımlarla bağlı keçərli deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun