WWF: 'Dünya meşələrindəki heyvanların sayı yarıbayarı azalıb'

WWF: 'Dünya meşələrindəki heyvanların sayı yarıbayarı azalıb'
13 Avqust 2019
Mətni dəyiş

Dünya Vəhşi Təbiəti Qoruma təşkilatının (WWF) məlumatına görə 1970-2014-cü illər arasında meşələrdə yaşayan çoxlu sayda heyvan növünün populyasiyası yarı-yarıya azalıb.

Məlumata görə, azalma xüsusilə qurbağalar kimi amfibiya heyvanları növlərinə və meymunlar kimi məməli heyvanlara, həmçinin fillərə aiddir.

WWF-nin hesabatına görə, monitorinq olunmuş dünya meşələri boyu 455 heyvan populyasiyasından və 268 həşarat növündən olan canlıların 53 faizə qədəri azalıb, azalma xüsusilə tropik bölgələr və Amazon meşələrində yaşayan canlılara təsir edib.

Canlıların sayının azalmasının başlıca səbəbi ağac kəsimi və meşə ərazilərinin əkinçilik məqsədiylə istifadə olunmasıdı.

WWF-nin Almaniya şöbəsinin rəsmisi Kristof Henrix deyir ki, dünya boyu meşələrdə növ müxtəlifliyinin azalması həyacan təbilidir.

"Heyvanlar yox olarsa meşələr parnik qazlarını sovurma prossesini yerinə yetirə bilməyəcəklər" - deyən Kristof Henrix bioloji müxtəlifliyin yox olmasının qarşısını alaraq iqlim dəyişikliyi ilə mübarizə aparmağın mümkün olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun