Araşdırmaçı jurnalist Hafiz Babalı nüfuzlu media mükafatına layiq görülüb

Araşdırmaçı jurnalist Hafiz Babalı nüfuzlu media mükafatına layiq görülüb
17 Avqust 2019
Mətni dəyiş

Norveçin "Fritta Ord" və "ZEIT" Fondları (The Fritt Ord Foundation and the ZEIT Foundation) 2019-cu il üçün "Azad Media" mükafatının qaliblərini elan edib.

Təşkilatçıların açıqlamasına görə, qaliblərdən biri də azərbaycanlı araşdırmaçı jurnalist Hafiz Babalıdır.

Mükafat əsasən post-sovet ölkələrində jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslərə verilir.

'Fritt Ord' Fondunun icraçı direktoru Knut Olav Amas bildirib ki, keçmiş sovet ölkələrində mətbuat azadlığı sahəsində vəziyyət acınacaqlı olduğu və ildən ilə mükafata layiq namizədlərin sayı artığı üçün mükafatların sayı artırılıb.

"Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki, FreeMedia mükafatı üçün namizədlər o qədər çox və layiqlidir ki, bu ildən Fritta Ord Fondu və ZEİT Fondu mükafatların sayını 3-dən 5-ə qədər artırmaq qərarı qəbul edib"

Təşkilatçı bildirib ki, 2019-cu il üçün mükafatları  korrupsiyanı, mütəşəkkil cinayətkarlığı, insan hüquqları pozuntularını və hakimiyyətdən sui-istifadəni çox mühüm yollarla ifşa edən, cəmiyyətə xidmət edən cəsur jurnalistlər qazanıb.

Bu ilki mükafata onlayn "7x7 qəzeti", Moskvanın "İnsayder" müstəqil media platforması, Ermənistanın "CivilNet" media platforması, müstəqil həftəlik "Novoe Vremya" jurnalı və araşdırmaçı Hafiz Babalı layiq görülüb.

Hafiz Babalı həm də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədr müavinidir. Məlumata görə, jurnalisti mükafata mühacirətdə yaşayan RATİ-nin icraçı direktoru Emin Hüseynov namizəd göstərib.

Araşdırmaçı jurnalist bundan əlavə  "Turan" İnformasiya Agentliyi, Azadlıq Radiosu, Meydan TV və Açıq Azərbaycan kimi müstəqil media quruluşları üçün yazılar yazır.

H.Babalı "Gips ixracı: Vergidən yayındırılan milyonlar", "Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur", "Paşayevlərin gəlirli Retro biznesi", "'Pasha Holding' yatırım şirkəti yaradıb" və başqa araşdırmaların müəllifidir.

Daha əvvələr bu mükafata Azərbaycandan Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi layiq görülüblər.

2016-cı ildən etibarən Free Media mükafatları hər il Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Gürcüstan və Ermənistanın müstəqil jurnalistlərinə və ya media təşkilatlarına verilir.

2019-cu ilin mükafatların Fritt Ord Fondunun və ZEİT-Stiftung-un himayəsi altında bu il noyabrın 18-19-da Litvanın Vilnyus şəhərində keçiriləcək "Free Media Awards" konfransında təqdim ediləcək.

Mətbuat üçün hər bir mükafat laureatına təqdim ediləcək mükafatın məbləği 15 min avro təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun