Ancelina Coli: "Müasir qadın siyasətə iddia edən kimi adını ifritə qoyurlar"

Ancelina Coli: "Müasir qadın siyasətə iddia edən kimi adını ifritə qoyurlar"
6 Avqust 2019
Mətni dəyiş

Amerikalı aktrisa Ancelina Coli müasir qadının cəmiyyətdə yeri ilə bağlı "Elle" jurnalına müsahibə verib.

O, məşhur mifik "Salem ifritələri"ni xatırladaraq deyib ki, əgər qədim dövrdə yaşasaydı azad bir qadın olduğu üçün onu da ifritə adlandıraraq yandırardılar.

Aktrisanın sözlərinə görə, demokratik cəmiyyətlərdə belə qadının necə öz arzularının arxasıyca gedə bilməməsindən heyrətə gəlir.

"Bu gün hətta demokratik cəmiyyətlərdə belə siyasi postlara iddialı olan qadınları ifritə adlandırırlar".

Coli jurnalistdən soruşub ki, niyə cəmiyyətdə qadınları ikinci dərəcəli rollarda saxlamaq üçün bu qədər səylər göstərilir?

"Belə şeylərə görə də ədalətsizlik və zorakılıqdan bezərək norma və qaydalara əməl etməyən qadınlara isə "bədxasiyyət qadınlar" adı verilir".

Aktrisanın sözlərinə görə, əgər bu bədxasiyyətlilikdirsə, dünyanın daha çox bədxasiyyət qadına ehtiyacı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun