Gürcüstan yeni texnologiyaların inkişafına görə Azərbaycandan 36 pillə irəlidədir

Gürcüstan yeni texnologiyaların inkişafına görə Azərbaycandan 36 pillə irəlidədir
25 İyul 2019
Mətni dəyiş
Gürcüstan dünyanın ən innovasiyalaşmış ölkələri (Global Innovation Index 2019) reytinqində 48-ci yerə çıxıb və o Şimali Qafqazdakı digər iki ölkədən irəlidədir. Siyahını Beynəlxalq intellektual mülkiyyət təşkilatı hazırlayıb və siyahı BMT-nin saytında yayımlanıb. Təşkilat hamısı birlikdə 130 ölkənin innovasiyalaşma reytinqini hazırlayıb. Bir il ərzində Gürcüstanın öz mövqeyini yaxşılaşdırdığı da ortaya çıxıb. Belə ki, Gürcüstan keçən il siyahıda 59-cu yerdə dursa da, bu il 11 pillə irəliləyərək 48-ci yerdə dayanıb. Gürcüstanın orta gəlirli ölkələr siyahısında ən aşağı yerlərdən birində dayanmasına baxmayaraq ən yaxşı innovasiyalaşmış ölkələrdən birinə çevrilməsi hesabatda müsbət hal kimi qiymətləndirilir. Gürcüstan siyahıda həm də Qafqazdakı qonşularından da irəlidə dayanıb. Belə ki, Ermənistan siyahıda 64-cü yerdə, Azərbaycan isə 84-cü yerdə dayanıb. Azırbaycan keçən il siyahıda 82-ci yerdə olsa da bu il iki pillə geriləyib. Gürcüstanın digər qonşuları Türkiyə 41-ci yerdə, Rusiya isə 46-cı yerdədir. Reytinq cədvəlinin başında isə İsveç, ABŞ, Niderland, Böyük-Britaniya, Finlandiya, Danimarka, Sinqapur, Almaniya və İsrail dayanır. Qlobal innovasiya indeksi hesabatı 2007-ci ildən bəri hazırlanır. Bu indeks ABŞ-ın Konell Univerisiteti,  Fransanın INSEAD biznesin idarəolunması institutu və Beynəlxalq intellektual mülkiyyət təşkilatı (BMT-yə məxsus təşkilatdır) tərəfindən müəyyənləşdirilir. Hesabatı hazırlayanlar ölkələrin innovasiya potensiyalını və innovasiyalarda əldə etdikləri uğurları nəzərə alır. Dəyərləndirmələr üçün bir çox mənbələrdən, həmçinin Dünya bankının məlumatlarından yararlanılır. Hesabat müəllifləri hər şeydən öncə bir il ərzində ölkədə qeydiyyatdan keçmiş yeni texnologiya patentləri və təhsilə, elmə ayrılmış vəsaitləri nəzərə alırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun