Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzəri çirkləndirən bəzi istirahət mərkəzlərinin bağlanmasını istəyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzəri çirkləndirən bəzi istirahət mərkəzlərinin bağlanmasını istəyir
31 İyul 2019
Mətni dəyiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin tullantı suları ilə çirkləndirilməsilə əlaqədar Xəzər sahilyanı zonada bəzi istirahət mərkəzlərinin fəaliyyətinin dayandırılması üçün məhkəmə iddiası qaldırıb.

İddia Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə keçirilən reydlərdən sonra irəli sürülüb.

Nazirliyin nümayəndələri ekoloji normaların təminatı ilə bağlı bir müddət əvvəl verilən "məcburi göstərişlər"in icrasını yoxlayıblar.

Yoxlama zamanı müəyyən edilib ki, "Xaçmaz rayonundakı "Çıraqqala", "Jalə", Sumqayıtdakı "Duyğu", "Liman", "Atlantida", "Flaqman", "Narınqala", "Balıqçı", "Alma", "Neptun, "Antalya", "Qala", Bakıda "Mirvari", "Riyad park", "Caspian Beach", "1001 gecə", "Eldarado", "Dostluq", "Aquapark" istirahət mərkəzlərində bir müddət əvvəl verilən "məcburi göstəriş"lər yerinə yetirilməyib.

Bununla bağlı onların fəaliyyətinin dayandırılması barədə məhkəmədə vəsatət qaldırılıb.

Bundan əlavə, Nabranda fəaliyyət göstərən "Lotos", "Ulduz", Sumqayıtda "Katamaran", "Sahil", "Diana", Bakıda"Bizim sahil", "Xəzər", "Türkan", "Simurq", "Voyage", "Qala"və "Antalya" istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu", "Həsirli", "Su pərisi", "Panorama" ictimai-iaşə obyektlərində tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.

Bununla əlaqədar cavabdeh şəxslərin barəsində akt tərtib olunub. Tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstərişlər" verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun