BMT dünyada QİÇS-dən ölənlərin sayının azaldığını elan edib

BMT dünyada QİÇS-dən ölənlərin sayının azaldığını elan edib
26 İyul 2019
Mətni dəyiş
BMT QİÇS virusu ilə bağlı yaydığı hesabatda virusun 2010-cu illə müqaisədə 33 faiz azaldığını elan edib. BMT-nin QİÇS-lə bağlı proqramı (UNAİDS) tərəfindən edilmiş açıqlamaya görə keçən il dünya boyu 770 min insan QİÇS virusundan ölüb, bu rəqəm 2010-cu ildə 1 milyon 200 min imiş. UNAİDS-in rəhbəri Qunilla Karlsson deyib ki: QİÇS-i yox etmək üçün daha çox siyasi iradəyə ehtiyacımız var, dünya boyu QİÇS-in qarşısını almaq üçün səylər bizim gözlədiyimizdən daha azdır". Bu haqda BMT öz saytında məlumat yayıb. Hesabatda 2018-ci ilin məlumatlarına görə dünya boyu hal-hazırda 37,9 milyon insan QİÇS-ə yoluxub. Keçən il həm də bu xəstəlikdən müalicə alanların sayı da rekord miqdarda olub. Belə ki, 23,3 milyon insan bu virusa qarşı müalicə alır. 2018-ci il də, 2017-ci ildəki kimi dünyada 1,7 milyon insan QİÇS-ə tutulub. QİÇS cənubi və qərbi Afrikada daha az insana yoluxarkən Şərqi Avropa, Orta Asiya və Şimali Afrikada QİÇS-ə yoluxanların sayı kəskin artıb. UNAİDS-in rəhbəri Qunilla Karlsson həmçinin dünya boyu QİÇS-ə ayrılan vəsaitin də azaldığını deyib. Belə ki, 2018-ci ildə QİÇS vürusu ilə mübarizəyə 19 milyard dollar ayrılmış bu 2017-ci illə müqaisədə 1 milyard azdır. 2020-ci ildə isə bu rəqəm lazım olandan yeddi milyard dollar az ayrılacaq. UNAİDS-in hesabatına görə ortaq şprisdən istifadə edən narkomanlar, homoseksual kişilər, translar və məhkumlar dünya boyu QİÇS virusu daşıyıcısı insanların yarısını təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun