Avropa Parlamenti özünə yeni sədr seçib

Avropa Parlamenti özünə yeni sədr seçib
3 İyul 2019
Mətni dəyiş
Avropa Parlamentində ən çox mandat almış mühafizəkar Avropa Xalq Partiyasının üzvləri parlament sədrliyinə seçkilərdə italyalı sosial-demokrat siyasətçi David Sassolinin namizədliyini dəstəkləyib və o Avroparlamentin baş katibi seçilib. Bundan sonra Avropa Birliyi Parlamentinin rəhbərliyini edəcək Sassolini bu gün, iyulun 3-də 345 nəfərlik Avropa Parlamenti deputatları səsvermə ilə seçiblər. Beləliklə Sassoli başqa bir italyalı deputat Antonio Tayanini əvəz edib. "AFP" agentliyinin xəbərinə görə 63 yaşlı sosial-demokrat siyasətçi, keçmişdə telejurnalist olub, onun Avroparlamentə rəhbər seçilməsinin səbəbi onu dəstəkləyənlərin Avropa Parlamentində ən çox mandat almış mühafizəkar Avropa Xalq Partiyasının üzvləri olub. Sassoolidən başqa Avroparlamentin rəhbərliyinə alman, ispan və çex deputatlar da namizəd olub. Ancaq Sassoli böyük fərqlə onları geridə qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun