Məhkəmə qərar verdi: Saakaşvili seçkilərdə iştirak edəcək

Məhkəmə qərar verdi: Saakaşvili seçkilərdə iştirak edəcək
21 İyun 2019
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili iyul ayında Ukraynada keçiriləcək parlament seçkilərində iştirak edə biləcək. 

Bu barədə yekun qərarı Kiyevin Peçerski rayon Məhkəməsi verib. Qərara görə, Mixeil Saakaşvilinin 5 il davamlı şəkildə Ukraynada yaşamaq hüququnu təsdiqləyib.

Bu, Mixeil Saakaşvilinin parlament seçkilərində namizəd kimi qeydiyyatdan keçməsinə imkan yaradacaq.

Bundan əvvəl Sakaaşvili açıqlamasında bildirmişdi ki, parlament seçkilərində iştirakla bağlı ona hansısa maneə qoyulsa məhkəməyə verib hüquqlarını bərpa etdirəcək.

Mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Ukraynaya qayıdan Saakşvili “Yeni Qüvvələrin Hərəkatı” partiyası ilə iyulun 21-də keçiriləcək parlament seçkisində iştirak edəcəyini bildirib.

Lakin Saakaşvilinin uzun müddət Ukrayna ərazisində yaşamaması ilə əlaqədar onun seçkidə iştirakına icazə verilməyəcəyi bildirilirdi.

Eks-qubernator Mixail Saakaşvili qurucusu olduğu partiyanın seçkilərdə müstəqil şəkildə iştirak edəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun