Keçən il qapadılmış APA xəbər agentliyi yenidən açılıb

Keçən il qapadılmış APA xəbər agentliyi yenidən açılıb
4 İyun 2019
Mətni dəyiş
Azərbaycanda ötən ilin qapadılmış APA xəbər agentliyi yenidən açılıb. Agentliyə məxsus saytlara giriş 2018-ci ilin avqustun 1-də dayandırılmışdı. Səbəb kimi elə həmin gün Prezident İlham Əliyevin müharibə veteranlarına avtomobil və evlərin verilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışının səhv yazılması göstərilib.

Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.

Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi var. “APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən operativ məlumatlar, obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. Qeyd edək ki, bundan öncə APA xəbər agentliyinin sahibi Vüsalə Mahirqızına məxsus yeni xəbər agentliyi ONA - Online News Agency açılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun