İstanbul Bələdiyyəsinə seçkilərin nəticəsi ləğv edilib: yeni seçkilər keçiriləcək

İstanbul Bələdiyyəsinə seçkilərin nəticəsi ləğv edilib: yeni seçkilər keçiriləcək
7 May 2019
Mətni dəyiş
Bu gün Türkiyə Mərkəzi Seçki Komitəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyi seçkiləri ilə bağlı iqtidar partiyası olan AKP-nin etirazını müzakirə etmək üçün toplanıb. Toplantı nəticəsində Türkiyə Mərkəzi Seçki Komitəsi İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərin nəticəsinin ləğv edilməsinə və yenidən keçirilməsinə qərar verib. Türkiyə MSK-sının sədri Sadi Güvən AKP-nin müraciətinə rədd cavabı versə də MSK üzvləri arasında 7 MSK üzvü AKP-nin istəyinə müsbət reaksiya verib, 4 MSK üzvü isə mənfi cavab verib. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə seçkilər iyunun 23-də olacaq. Xatırladaq ki, martın 31-də Türkiyədə keçiriliən bələdiyyə seçkilərində cüzi fərqlə qalib gələn müxalif CHP partiyasından olan Ekrem İmamoğlu ilə seçkilərdə məğlub olan AKP namizədi Binali Yıldırım arasında çəkişmələr az qala bir ay davam etmiş, sonra Türkiyə MSK Ekrem İmamoğlunun qalibiyyətini tanımışdı.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun