Son 30 ildə dünyada alkoqoldan istifadə 70 faiz artıb

Son 30 ildə dünyada alkoqoldan istifadə 70 faiz artıb
8 May 2019
Mətni dəyiş
Son 30 ildə dünyada alkoqoldan istifadə nəzərəçarpacaq dərəcədə artıb. Bu haqda alman "DW radiosu" məlumat yayıb. Məlumatı Lancet dərgisi 189 ölkədə alkoqol istifadəsinin səviyyəsini ölçərək hesablayıb. Dərgi 1990-cı ildən 2017-ci ilə qədər dünya əhalisinin alkoqola tələbinin 70 faiz artdığını öyrənib. Araşdırmada 15 yaşından 99 yaşına qədər insanlar iştirak edib, aydın olub ki, 1990-cı ildə dünya əhalisinin hər birinin başına 5,9 litr spirt düşsə də 2017-ci ildə bu rəqəm 6,5 litrə qədər yüksəlib. Araşdırmaya görə alkoqol istehlakının belə yüksəlişinin səbəbi həm əhalinin sayının artımıdır, həm də adambaşına düşən içki istehlakının da yüksəlişidir. Həmçinin, məlum olub ki, müxtəlif yerlərdə içki istehlakı da yüksək ya da aşağı ola bilir. Məsəlçün, Çin, Hindistan və Vyetnamda içki istehlakı yüksəlsə də Şərqi Avropa ölkələrində alkoqola münasibət dəyişib, insanlar daha az içməyə başlayıb. Araşdırmanın müəyyən etdiyi daha bir fakt isə o olub ki, dünyada mütəmadi içən insanlarla, içkiyə marağı olmayan insanlar arasındakı nisbət 30 il əvvəlki kimi qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun