Gürcüstanın "Girçi" partiyası öz ofisində 'ictimai ev' açıb

Gürcüstanın "Girçi" partiyası öz ofisində 'ictimai ev' açıb
16 May 2019
Mətni dəyiş

Gürcüstanda fahişəliyin qanuniləşdirilməsini müdafiə edən ultra liberal müxalifət partiyası "Girçi" öz ofisində 'ictimai ev' açıb.

Abzas-ın gürcü mətbuatına istinadən verdiyi xəbər görə, "Girçi"nin liderləri bildirib ki, “Pioner” adlandırılan ictimai ev bu gündən etibarən müştərilərini qəbul etməyə başlayacaq. Həmçinin partiyanın ofisində yerləşən “Kikua” seks-mağazası ictimai evin ortağına çevrilib.

Açıqlışda bildirilib ki, xidmətlər ödənişlidir, "Pioner"də bir saatın qiyməti 49.9 lari (18.2 dollar) təşkil edir.

"Sovet dövründən bəri seks sənayesi sistemində çalışanlar insan hesab edilmir, onlara qarşı qul kimi davranılır. Bundan başqa, bu ölkədə bütün iqtidarlar güc nümayiş etdirmək və ya digər bir siyasi məsələnin üstünü örtmək istədikdə seks sənayesində işləyənlərə qarşı terror həyata keçiriblər. Nəticədə müəyyən insanlar və onların ailələri gəlirsiz qalıb".

“Girçi”nin sədri, sabiq prezidentliyə namizəd Zurab Caparidze açılışda bildirib ki, fahişəliyin tam şəkildə qanuniləşdirilməsi hal-hazırda mövcud tragikomik vəziyyətə son qoymaq və eyni zamanda seks sənayesində çalışan insanları zorakılıqdan qorumaq, cinsi yolla ötürülən xəstəliklərin qarşısını almaq üçün yeganə yoldur.

“Girçi”nin bu qalmaqallı təşəbbüsü Roena Xutsuraulinin həbsinə cavabdır. Tiflis yaxınlığında yerləşən “Mamida” mehmanxanasının sahibinə bu həftə fahişəliyin yayılmasına yardım etdiyi səbəbilə rəsmi olaraq ittiham irəli sürülüb.

“Biz hesab edirik ki, belə mehmanxanalarla digər otellər, o cümlədən ölkəmizdə təmsil olunan məşhur markaların otelləri arasında heç bir fərq yoxdur. Həmin otellərdə də bəzən pul qarşılığında seks xidmətlərindən istifadə edilir. Ədalətin seçici olduğu gözqabağındadır. Biz zorakılığın olmadığı və yetkinlik yaşına çatmış hər iki şəxsin könüllü razılığına əsaslanan, fahişəlik də daxil olmaqla, istənilən fəaliyyəti dürüst əmək hesab edirik” - Caparidze qeyd edib.

[caption id="attachment_77855" align="aligncenter" width="1232"] Zurab Çaparidze[/caption]

İctimai evin açılması ilə müxalifət partiyası Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin üçüncü hissəsini "əvvəlcədən razılaşdırılmaqla, bir qrup şəxsləri fahişəlik etmək üçün, yer və ya yaşayış yeri ilə təmin etmək" pozur. Bu cinayət üç ildən altı ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda "Girçi" hakimiyyətə ultimatum verir.

"Hakimiyyət seçim etməlidir – onlar ya “Girçi”nin bütün üzvlərini həbs etməli, ya da bu maddə ilə həbs olunan bütün insanları azad etməli və eyni zamanda, günahsız insanları təqib etməyi dayandırmalıdırlar" - Caparidze bildirib.

“Girçi” partiyası, keçmiş iqtidar partiyası olan Vahid Milli Hərəkat partiyasından ayrılan bir qrup siyasətçi tərəfindən 2015-ci ildə yaradılıb. Seks işçilərinin hüquqlarının müdafiəsi ilə yanaşı partiya nümayəndələri həm də marixuananın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparırlar.

"Girçi"nin məhkəməyə irəli sürdüyü iddiaya əsasən, 30 iyul 2018-ci ildə Gürcüstan Konstitusiya Məhkəməsi marixuana istifadəsinə görə nəzərdə tutulmuş yeganə cəzanı - inzibati cəriməni ləğv etdi. Beləliklə, ölkədə marixuananın istifadəsi, faktiki olaraq, qanuniləşdirildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun