Arsenal klubu erməni futbolçunu Bakıya gətirməməyi qərara alıb

Arsenal klubu erməni futbolçunu Bakıya gətirməməyi qərara alıb
17 May 2019
Mətni dəyiş
Britaniyanın "Arsenal" futbol klubunun rəhbərliyi yarımmüdafiəçi, milliyyətcə erməni olan Henrix Mxitaryanı mayın 29-da keçiriləcək Avropa Liqasının final oyununa gətirməməyi qərara alıb. Bu barədə The Times qəzeti bildirib. "Arsenal" təhlükəsizlik baxımından Mxitaryanı oyunlara daxil etməmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, Mxitaryanın ətrafında yaranan hay-küy bütün komandaya mənfi təsir göstərəcək. "Arsenal" Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə Mxitaryana verdiyi təhlükəsizliklə bağlı zəmanəti yetərli saymır. Bundan öncə klub rəhbərliyi Liqanın finalının Avropadan uzaqda olan Bakıda keçirilməsi qərarına görə UEFA-nı tənqid etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun