Mehman Hüseynov ATƏT nümayəndəsi ilə Azərbaycandakı problemləri müzakirə edib

Mehman Hüseynov ATƏT nümayəndəsi ilə Azərbaycandakı problemləri müzakirə edib
12 Aprel 2019
Mətni dəyiş

Aprelin 12-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in media azadlığı üzrə nümayəndəliyi "Jurnalistlər təhlükə altında" adlı beynəlxalq konfrans təşkil edib.

Tədbir çərçivəsində həbsdən yeni çıxmış bloger Mehman Hüseynov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Desirlə də görüşüb.

M.Hüseynov Abzas-a açıqlamasında bildirib ki, Avropa ölkələrinə səfəri çərçivəsində ilk görüşü ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desirlə olub.

"Görüş zamanı Azərbaycanda azad mətbuatın olmaması, hazırda həbsdə olan jurnalistlərin, Əfqan Muxtarlının, Seymur Həzinin durumu, təzyiqlər altında işləyən az sayda media nümayəndələrinin və ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlərin problemləri müzakirə olunub".

Mehman Hüseynovun sözlərinə görə, ATƏT nümayəndəsi Azərbaycanda media ilə bağlı problemləri diqqətdə saxlayacağını və tezliklə bu problemlərin həlli istiqamətində ciddi işlər görüləcəyini bildirib.

Bloger həmçinin bildirib ki, Arlem Desir-in yaxın vaxtlarda Azərbaycana səfəri və hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulub. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun