Həbsdə olan kürd siyasətçi ikinci hekayələr kitabını yazıb

Həbsdə olan kürd siyasətçi ikinci hekayələr kitabını yazıb
4 Aprel 2019
Mətni dəyiş
Türkiyədə iki ildən çoxdur həbsxanda olan HDP partiyasının keçmiş sədri, ölkədəki kürdlərin bir qisminin lideri sayılan Selahettin Demirtaş həbsxanada ikinci hekayələr kitabı olan "Devran"ı yazıb. "Devran" aprelin 12-dən artıq kitab mağazalarında olacaq. 2016-cı il noyabr ayının 4-dən Edirnə həbsxanasında olan Demirtaşın yeni kitabında 14 hekayə yer alıb. Kitab 131 səhifədən ibarətdir. Demirtaş kitabını ana və atasına həsr edib. Xatırladaq ki, Selaheddin Demirtaş HDP-nin başqa bir sədri Figen Yüksekdağ və doqquz HDP deputatı ilə birgə həbs olunmuşdu. O Türkiyə qanunlarına görə "cinayət məqsədiylə təşkilatlanmaq", "terror təşkilatının üzvü olmaq", "silahlı terrot təşkilatının üzvü olmaq", "təşkilatlanmış şəkildə cinayət törətmək" kimi ittihamlarla mühakimə edilib. Selaheddin Demirtaş həbsxanaya düşdükdən bəri mütəmati şeir, hekayə, rəsm və sənətin başqa yönləri ilə məşğul olmağa başlayıb. Onun ilk hekayələr kitabı "Seher" 2017-ci ildə çap olunub və kitab çıxandan dərhal sonra Türkiyədə bestsellerə çevrilib, 12 dilə tərcümə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun