"Fənərbaxça" və "Qalatasaray" derbisi 1:1 bitdi

"Fənərbaxça" və "Qalatasaray" derbisi 1:1 bitdi
15 Aprel 2019
Mətni dəyiş

Türkiyə Super Liqasının 28-ci turunda "Fənərbaxça" və "Qalatasaray" derbisi baş tutub.

Gərgin keçən matç 1-1 hesabı ilə başa çatıb.

Oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə alan Həsən Əli Kaldırım "Fənərbaxça"nı azlıqda qoyub.

"Qalatasaray" 66-cı dəqiqədə Onyekurunun qolu ilə hesabı açıb. 5 dəqiqə sonra Əlif Almas hesabı bərabərləşdirib. Əlavə vaxtlarla birlikdə 105 dəqiqədən çox oynanılan derbi 1-1 yekunlaşıb.

Bu nəticədən sonra "Qalatasaray" lider "Başakşəhər"lə arasındakı xal fərqini 3-ə endirmək şansını əldən verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun