Bayram Məmmədovun atası: "Görüşməyə imkan vermirlər"

Bayram Məmmədovun atası: "Görüşməyə imkan vermirlər"
1 Aprel 2019
Mətni dəyiş

"Həbsxanaya getdik, yarım saat bizi gözlətdikdən sonra qapıda duran nəzarətçi kiminləsə danışıb bildirdi ki, görüşə icazə verilmir". 

Bu sözləri 30 sutkalıq həbs olunan nidaçı fəal Bayram Məmmədovun atası Fərman Məmmədov Abzas-a bildirib.

Onun sözlərinə görə, Bayram Məmmədova görüş verilməməsi onları narahat edir.

"Fikirləşirik ki, qanunla icazə verilən görüşə niyə imkan vermirlər? Ola bilər ki, ona orda fiziki təzyiqlər olub və ona görə gizlədirlər".

Fəalın atası bildirib ki, digər həbs olunanların yaxınlarına görüş verildiyi halda onlara görüş verilmir.

Nidaçı fəal Bayram Məmmədovun əfv fərmanı ilə azadlığa çıxandan 13 gün sonra, martın 29-da yenidən həbs edilib. Bu dəfə 30 sutkalıq.

Bu gün, aprelin 1-də vəkili Elçin Sadıqov da Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına Bayram Məmmədovla görüşməyə gedib.

Vəkilin sözlərinə görə, həbsxana rəhbərliyi bunu müəssisədə sanitariya işləri aparılası ilə əsaslandırıblar. Vəkilə deyiblər ki, yalnız aprelin 3-də Məmmədovla görüşə bilər.

E.Sadıqov bildirib ki, məhkəmənin qərarı ilə də təmin olunmayıb, ona görə hələ ki apellyasiya şikayəti verilməyib: "Səbəb budur ki, hələ məhkəmə qərarı müdafiə tərəfinə təqdim olunmayıb".

NİDA Vətəndaş Hərəkatı da üzvünün həbsdə yanına yaxınlarının və vəkilinin buraxılmamasından narahat olduğunu açıqlayıb.

"Bu durumdan narahatıq. Yerli və beynəlxalq ictimaiyyəti bu məsələyə adekvat münasibət bildirməyə çağırırıq. Siyasi motivli təzyiq və repressiyalar bitməlidir. Bayram Məmmədov azadlıq edilməlidir". 

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-c il mayın 10-da keçmiş prezident Heydər Əiyevin heykəli üzərinə yazı yazdığına görə həbs ediblər.

Hər ikisini külli miqdarda narkotik maddənin dövriyyəsində təqsili bilərək 10 il müddətinə azadlqıdan məhrum ediblər. 2019-cu il martın 16-da əfv fərmanı ilə azadlığa çıxıblar.

"Amnesty International" İnsan Hüquqları Təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb. Hər ikisi bu ilin 16 martında əfv edilib.

Sərbəst buraxıldıqdan sonra B.Məmmədov media və ictimai şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun