Bayram Məmmədov: "Polis oğurluqla məşğuldu, yoxsa sifariş yerinə yetirir?"

Bayram Məmmədov: "Polis oğurluqla məşğuldu, yoxsa sifariş yerinə yetirir?"
30 Aprel 2019
Mətni dəyiş

30 günlük həbs müddəti başa çatandan sonra aprelin 29-da azadlığa çıxan Bayram Məmmədov polis bölməsindən telefonunu geri ala bilmədiyini deyir. 

Bu barədə Abzas-a açıqlama verən keçmiş siyasi məhbus bildirir ki, martın 31-də həbs olunan vaxt üstündə iki telefon olub, biri sadə telefon, digəri isə smartfon.

"Mən həbsdə olanda yaxınlarım 12-ci bölmədən gediblər telefonlarımı almağa, amma ordan bildiriblər ki, burda ancaq sadə telefondu, smartfon bölmədə deyil. Saxlanıldığım təcridxanadan azadlığa çıxanda isə mənə telefon vermədilər".

Nidaçı fəalın sözlərinə görə, adətən belə hallarda telefon, yaxud həbs olunanın üstündəki əşyalar saxlanıldığı təcridxaya, həbsxanaya aparılır, azadlığa buraxılanda isə əşyaları təhvil verilir.

Bayram Məmmədov sözlərinə görə, bölmədən onun yaxınlarına bildiriblər ki, smartfon telefon nazirliyə aparılıb.

"Düşünürəm ki, telefonumdakı yazışmaları, məlumatları götürmək üçün qaytarmırlar. 12-ci bölmədən də dedilər ki, nazirlikdədi. Mən bilmirəm polis oğurluqla məşğuldu, yoxsa sifariş yerinə yetirir? Tələb edirəm ki, telefonumu təcili özümə qaytarsınlar".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdlərimiz baş tutmadı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun