Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakini olan Mehriban Həsənovanın ailəsinə mənzil hədiyyə edib.
Bu barədə Azvision.az-a uşağın atası Rauf Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkə başçısının hədiyyə etdiyi ev Bakının Yasamal rayonunda yerləşir.
"Qızımın 10 milyonuncu vətəndaş olması münasibətilə cənab prezident bizə ev hədiyyə edib. Bizə bu gün məlumat verilib. Ev Yasamal rayonundadır, 3 otaqlıdır. Prezidentə və Mehriban xanıma göstərdikləri diqqətə görə ailəmiz adından təşəkkür edirəm", - deyə R. Həsənov bildirib.