"Diqlas" yanğınından zərər çəkənlərə ilkin olaraq 3 milyon ayrıldı

"Diqlas" yanğınından zərər çəkənlərə ilkin olaraq 3 milyon ayrıldı
29 Mart 2019
Mətni dəyiş

Dövlət başçısı İlham Əliyev ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam verib. 

Bu barədə 'Abzas' prezidentin mətbuat xidmətinə xəbər verir. İlham Əliyev həmçinin İqtisadiyyat Nazirliyinə göstəriş verib ki, zərər çəkmiş sahibkarlara ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını üç gün müddətində təsdiq etsin.

Bu gün zərərçəkən sahibkarlala iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov görüşüb. O, bildirib ki, təzminat "Kapital Bank" vasitəilə ödəniləcək, burada adlı hesablar açılacaq.

Onun bildir görə, təzminatlar iki mərhələdə ödəniləcək: birinci mərhələdə hesaba müəyyən məbləğ ödəniləcək, ziyan müəyyən edildikdən sonra zərərçəkmişlər təzminatın qalan hissəsini alacaqlar.

İqtisadiyyat naziri Şahin Mustafayev isə jurnalistlərə açıqlamasında bildirib ki, yanğın 171 ticarət obyektinə ziyan vurub.

"Bir sıra ticarət mərkəzlərinin rəhbərləri zərər çəkmiş sahibkarlara 4-5 aylıq pulsuz ticarət sahəsi verməyə hazırdırlar".

Martın 26-da Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzinə ciddi yanğın baş verib. Hadisə nəticəsində demək olar obyektlərin hamısı yanıb.

Sahibkarların sözlərinə görə, onlara on milyonlarla manat ziyan dəyib. Eyni zamanda ticarət mərkəzinin sahibinə böyük miqdarda ziyan dəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun