"Bavariya"da yeni müqavilə

"Bavariya"da yeni müqavilə
5 Mart 2019
Mətni dəyiş

“Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri komandasını dəyişməyəcək. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Anlaşmaya əsasən, alman futbolçu 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Qnabri bundan əvvəlki iki mövsümü icarə əsasında “Verder” və “Hoffenhaym”da keçirib. Bu mövsüm “Bavariya”nın heyətində debüt edən yarımmüdafiəçi Bundesliqada keçirdiyi 21 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun