Helsinki Komissiyasının rəhbəri Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Helsinki Komissiyasının rəhbəri Xocalı soyqırımı ilə bağlı bəyanat verib
27 Fevral 2019
Mətni dəyiş

Xocalı soyqırımının 27-ci ildönümündə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqressmen Alsi Hastinqs bəyanat verərək, Azərbaycan xalqına başsağlığı verib.

Konqresmen deyib ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının 27-ci ildönümünü tanımaq üçün ayağa qalxır və bu mənfur zorakılıq aktı zamanı vəhşicəsinə öldürülmüş 613 kişi, qadın və uşağı yad edir.

Onun sözlərinə görə, hesab edir ki, həyatından məhrum olanları tanımaq və xatırlamaq vacibdir:

"Azərbaycan Respublikasının Xocalı şəhərində misli görünməmiş, benəlxalq hüquq normal və prinsiplərini, insan hüquq və azadlıqlarını təhqir edən qəddarlıq baş verib. Erməni qüvvələri rus ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum ediblər və o qədər amansız aktlarda iştirak ediblər ki, onların nəticələri cəmiyyətdə və bütünlükdə ölkədə hələ də hiss olunur.

Alsi Hastinqsin bəyanatında deyilir ki, 1994-cü ildə atəşkəs sazişi bağlansa da, Azərbaycan ərazilərinin 20%-dən çoxu, o cümlədən Dağlıq Qarabağ işğal altındadır və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olaraq qalmaqdadır.

"Maraqlıdır ki, onlara çox mühüm olan və bahalı dəstəyi göstərən Azərbaycan eyni zamanda regionunda iqtisadi inkişafa yönəlmiş böyük və təsirli addımlar atır", deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun