"Benfika" baş məşqçisi ilə müqaviləni uzadıb

"Benfika" baş məşqçisi ilə müqaviləni uzadıb
20 Fevral 2019
Mətni dəyiş

"Benfika" baş məşqçisi Bruno Lageylə müqaviləni uzadıb. Bu barədə klub rəsmi açıqlama yayıb. 

Məlumata görə, 42 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.

Bu ilin yanvar ayından portuqaliyalı çalışdırıcının rəhbərliyi altında çıxış edən Lissabon təmsilçisi 7 oyunun 6-da qalib gəlib, 1-də uduzub.

"Benfika" komandanın uğursuz çıxışı səbəbindən yanvarda baş məşqçisi Rui Vitoriyanı istefaya göndərmişdi. Bundan sonra Bruno Lageylə mövsümün sonuna qədər müqavilə imzalanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun