AXCP Rəyasət Heyətinin keçmiş üzvü həbs edilib [yenilənib]

AXCP Rəyasət Heyətinin keçmiş üzvü həbs edilib [yenilənib]
19 Fevral 2019
Mətni dəyiş

AXCP üzvü Rövşən Quliyev inzibati qaydada 30 gün müddətinə həbs edilib.

Bu barədə Turan-a AXCP-dən həbs edilən şəxsin doğmalarına istinadla bildirilib.

Hələlik Quliyevin konkret olaraq nədə ittiham olunduğu məlum deyil.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin keçmiş üzvü Rövşən Quliyevin həbs edilib.

Bu barədə partiya sədri Əli Kərimli məlumat yayıb. Onun sözlərinə görə, rejim daha bir insan həyatına real təhlükə yaradıb.

"AXCP-nin veteran üzvlərindən, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş, peşəkar iqtisadçı Rövşən Quliyev dünən həbs olunub. Həbs zamanı Rövşən bəyin evində axtarış olub, kompüterini də aparıblar".

Ə.Kərimli bildirib ki, 4-5 il əvvəl Rövşən Quliyev səhhətində yaranan ciddi problemlərlə bağlı partiyanın rəhbər strukturundan gedib  və bu müddət ərzində ailəsi yalnız onun müalicəsi ilə məşğul olub.

"İş siyasidir. Ancaq paradoks ondan ibarətdir ki, Rövşən bəy artıq uzun illərdir heç bir siyasi fəaliyyətlə məşğul deyil. Rövşən bəy ağır xəstədir, məhz səhhətində yaranmış ciddi promlemlə bağlı 4-5 il bundan qabaq partiyanın Rəyasət Heyətindən və ümumiyyətlə siyasətdən gedib. Son 4-5 il ərzində Rövşən bəy və ailəsi yalnız onun müalicəsi ilə məşğul olub".

Partiya sədri ölkə başçısına və daxili işlər nazirinə də mesaj göndərib: "İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən bəyin həyatı üçün məsuliyyət daşıyırlar. Rövşən bəy indi əlinizdədir, öyrənin görün necə ciddi xəstədir. Ailəsi ilə xəstəlik tarixini, hansı xəstəliklərdən necə müalicə aldığını dəqiqləşdirin".

Həbsin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun