23 fevral -Beynəlxalq Ana Dili Günüdür

23 fevral -Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 2019
Mətni dəyiş

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. "Report" xəbər verir ki, YUNESKO 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilməsi tövsiyə edilib.

Bu gün İranda olduğu kimi, ana dili qadağan edilmiş millətlər üçün daha dərin və fərqli məna daşıyır. Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir, lakin bu tədbirlərin təşkilatçıları İran rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır.

Təxminən hər il Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda soydaşımız rejim tərəfindən saxlanılır və müxtəlif təzyiqlərə məruz qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun