Siyasi məhbuslar 10 gündür həbsxanalarda aclıq edirlər

Siyasi məhbuslar 10 gündür həbsxanalarda aclıq edirlər
22 Yanvar 2019
Mətni dəyiş

Siyasi məhbuslar İlkin Rüstəmzadə və Bayram Məmmədov 10-cu gündür ki, 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını davam etdirirlər. Gənc fəalların ataları bazar ertəsi cəzaçəkmə müəssisəsində onlara baş çəkiblər.

Valideynlər gənclərdən aclığı dayandırmağı xahiş ediblər, amma onlar fikirlərindən dönməyiblər.

"İlkin və Bayram solğun görünürdülər. Bununla belə, onlar yüksək əhval-ruhiyyələrini qoruyub saxlayırlar", deyə fəalların doğmaları bildiriblər.

Mənbənin məlumatına görə, onlarla birlikdə 17 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlamış dini fəal Əhsən Nuruzadə və jurnalist Elçin İsmayıllı üç gün əvvəl müvafiq olaraq 6 və 17 saylı cəzaçəkmə müəssisələrinə köçürülüblər.

Nuruzadə aclığı davam etdirir. Elçin İsmayıllı haqqında hələlik məlumat yoxdur.

Qiyas İbrahimov və Orxan Baxışlı da cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirirlər.

Məhkumlar arasında kütləvi aclıq aksiyası bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun