Parisin mərkəzində güçlü partlayış baş verib

Parisin mərkəzində güçlü partlayış baş verib
13 Yanvar 2019
Mətni dəyiş

Şənbə günü Parisdə şirniyyat kafesində baş verən şiddətli partlayış nəticəsində iki yanğınsöndürən ölüb, bir neçə neçə nəfər yaralanıb, binaların pəncələri qırılıb, maşınlar aşıb.

Yanğınsöndürənlər xəsarət almış bir neçə insanı pəncərələrdən çıxarıb, sakinləri təxliyyə edib. Hadidə Parisin şimal-mərkəzində yerləşən 9-cu arondismanının Rue de Trevise küçəsində baş verib.

Şahidlər böyük partlayış və yaxınllıqdanı binalarda ilişib qalan insanların səslərini eşitdiklərini söyləyib. Kafenin yerləşdiyi binanın önünə qırıq parçalar və pəncələrə hissələri dağılıb.

Daxili işlər naziri Kristofer Kastaner deyib ki, “yanğınsöndürənlər binada qaz sızmasını yoxlamaq üçün binaya daxil olandan sonra güclü partlayış olub”. O, yanğınsöndürənlərdən birinin bir neçə saat dağıntıların altında qaldığını söyləyib.

Kastaner hazırda “vəziyyətin nəzarət altında olduğunu” desə də, partlayışın “böyük itkilərə səbəb olduğunu” bildirib.

Paris prokurorluğunun verdiyi məlumata görə, məsələ ilə bağlı istintaq başladılıb.

Yanğınsöndürənlər partlayışdan öncə gəlib

Polis sözçüsünün sözlərinə görə, yanğınsöndürənlər kafedə qaz sızmasını yoxlamaq üçün hadisə yerinə çağırılıb. Partlayış isə onlar gəlib, sakinlərə binada qalmalarını söylədikdən sonra baş verib.

Kafe ilə üzbəüz yerləşən Mercure hotelinin işçisi Pedro Qonkalves deyib ki, o, səhər yanğınsöndürənlərin kafeyə daxil olduqlarını görüb lakin bunun zarafat və ya yanlış xəbərdarlıq olduğunu düşünüb. Onun dediyinə görə, bundan bir saat sonra partlayış baş verib.

Qonkalves deyib ki, o, üstünə çox şeyin, düşdüyünü hiss edib və qırımış şüşə parçası başını kəsib.

İnsanlar terror hücumu olduğundan qorxublar

Bir digər Associated Press-ə bildirib ki, o, partlayış səsinə oyanıb və terror hücumu olduğundan şübhələnib.

Kafe Folies-Bergere teatrı yaxınlığında yerləşir.

Partlayış Fransa paytaxtında yaşıl jiletlilərin kütləvi etirazları fonunda baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun