“Mançester Yunayted”dən ardıcıl 6-cı qələbə

“Mançester Yunayted”dən ardıcıl 6-cı qələbə
14 Yanvar 2019
Mətni dəyiş

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. “Mançester Yunayted” səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu matçın 44-cü dəqiqəsində Markus Reşford vurub. Beləliklə, Mançester təmsilçisi Ole-Qunner Sulşer baş məşqçi təyinatından sonra biri kubokda olmaqla keçirdiyi 6-cı oyununda da qələbə qazanıb. Qeyd edək ki, “MY” 41 xalla turnir cədvəlinin 6-cı, “Tottenhem” isə 48 xalla 3-cü pilləsində qərarlaşıb. Lider “Liverpul”un 57 xalı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun