“Görünməmiş pis hava” güclü küləkdən ibarət olub

“Görünməmiş pis hava” güclü küləkdən ibarət olub
17 Yanvar 2019
Mətni dəyiş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla, dövlət orqanlarının qaldırdığı həyəcan Bakıda 30 metrədək qasırğa küləyinin və dənizdə 5 metrdən çox dalğanın olmasında özünü göstərib.

Bu hadisə ilə bağlı nazirlikdə yaradılmış qərargahın məlumatı belədir.

Eyni zamanda bütün dövlət orqanları qeyd edirlər ki, heç bir qəza faktı, bədbəxt hadisə və ya infrastruktur qəzaları qeydə alınmayıb.

Qar yağmayıb, az çıskin olub, havanın temperaturu sıfır dərəcədən yuxarıdır.

Axşama yaxın ölkə regionları ilə bağlı məlumat yayılıb ki, güclü külək TİR yük maşınını aşırıb.

İnsident Qobustan qəsəbəsində baş verib. Görünür, yük maşını boş olub. Xəsarət alan sürücü xəstəxanaya aparılıb.

Sumqayıtda ağac avtomobilin üzərinə aşıb, xəsarət alan yoxdur.

Paytaxtda və regionlarda daha güclü küləklər olub, amma bugünkü kimi həyəcan tədbirləri görülməyib.

Dövlət qurumlarının niyə belə qoxmasının səbəblərini düşünüb tapmaq qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun