Arif Alışanov AzTV sədrliyindən çıxarıldı

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı
15 Yanvar 2019
Mətni dəyiş

Prezident İlham Əliyev Arif Alışanovun vəzifədən azad edilməsi haqqında sərəncamı imzalayıb.

Bu barədə prezidentin saytında məlumat yayılıb.

Sərəncama əsasən, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

AzTV sədri vəzifəsinə təyinatla bağlı sərəncam isə yoxdur.

Qeyri-rəsmi məlumata görə, AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun