"Aqil həbsxanada rabitə qovşağının üstünə çıxıb özünü kəsib-doğrayıb"

"Aqil həbsxanada rabitə qovşağının üstünə çıxıb özünü kəsib-doğrayıb"
25 Yanvar 2019
Mətni dəyiş

Penitensiar Xidmətin  Romana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində məhbusa işgəncə verildiyi barədə saytımıza məlumat daxil olub.

Bu barədə Kürdəmir rayonundan olan məhbus Aqil Məmmədovun yaxınları bildirib. Onların sözlərinə görə, Aqilin yatmağa yeri yoxdur, çünki həbsxanada yataq yerini pulla satırlar.

Məhbusun yaxınları iddia edir ki, bu günlərdə dəstə rəisi Aqil Məmmədovu təhqir edib.

"O da rabitə qovşağının üstünə çıxıb özünü kəsib-doğrayıb. Yanvarın 22-də ona işgəncə veriblər. Onu "zonda" olan binaların üstündə məftillə bağlayıblar".

Şikayətçilər bildirir ki, həbsxanada hər şey – hamam, telefon, çay üçün isti su, telefon, yataqxanada yer pulla verilir.

Penitensiar Xidmət təkzib edir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov deyilənləri təkib edib.

Şöbə rəisi bildirib ki, məhbus yataq yerinin verilməməsi barədə deyilənlər, guya hansısa qanunsuzluqların olduğu barədə deyilənlər yalandır.

Mehman Sadıxov Aqil Məmmədova işgəncə verilməsi xəbərinin uydurma olduğunu deyir:

"Aqil Mahmudovun öz məhbus yoldaşları ilə münaqişəsi olub. Buna görə barəsində tənbeh tədbirləri görülüb. İşgəncə söhbəti isə yalandır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun